• Bakı 19° C

    3.04 m/s

  • USD - 1.7

    EUR - 1.9746

    RUB - 2.3867

Konqoda Eboladan ölüm hallarının sayı 200-ü ötüb

DÜNYA

24 May 2026 | 15:50

Konqoda Eboladan ölüm hallarının sayı 200-ü ötüb

Konqo Demokratik Respublikasında (KDR) Ebola virusundan ehtimal olunan ölüm hallarının sayı 204-ə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin Kommunikasiya və Media Nazirliyi məlumat yayıb.

Qurumun məlumatına görə, KDR-in şərqindəki İturi, Şimali Kivu və Cənubi Kivu əyalətlərində 867 ehtimal olunan yoluxma halı qeydə alınıb. 10 ölüm halı və 91 yoluxma faktı laboratoriya şəraitində təsdiqlənib.

Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) daha əvvəl bu epidemiyanı ictimai səhiyyə sahəsində beynəlxalq əhəmiyyətli fövqəladə hal elan etmişdi.


SON XƏBƏRLƏR

23 May 2026