ABŞ Prezidenti Donald Trampın ad günündə Ağ Evə hücum planında iştirak edən daha iki şübhəli ABŞ-də saxlanılıb.
Bakıvaxtı.az "NBC News"a istinadən xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, cinayətkarlar ABŞ prezidentinin iqamətgahına, onun ad günündə - 14 iyunda, Tramp da daxil olmaqla bir neçə min insanın izlədiyi Ultimate Fighting Championship (UFC) turnirinin keçirildiyi zaman hücum etməyi planlaşdırıblar.
Ağ Evə qarşı dron hücumunun əsas təşkilatçısı 14 iyunda Nebraskada saxlanılan meksikalı immiqrant Abraham Hermosillo Alvarez olub. Daha sonra Ohayo, Missuri, Nebraska, Kaliforniya və Vaşinqtonda ümumilikdə 7 şübhəli saxlanılıb.
Gülşən Şərif
Bakı 



