• Bakı 25° C

    4.7 m/s

  • USD - 1.7

    EUR - 1.9474

    RUB - 2.321

İran ABŞ ilə əlaqə üçün "qaynar xətt" yaradılmasına razılaşıb

DÜNYA

23 Iyun 2026 | 12:31

İran ABŞ ilə əlaqə üçün qaynar xətt yaradılmasına razılaşıb

İran Hörmüz boğazında ABŞ və digər ölkələrlə yarana biləcək anlaşılmazlıqların qarşısını almaq və onların operativ həllini təmin etmək məqsədilə xüsusi telefon "qaynar xətti"nin yaradılmasına razılıq verib.

Bakıvaxtı.az "Tasnim"ə istinadən xəbər verir ki, bu barədə İran parlamentinin sədri və İsveçrədə keçirilən danışıqlarda İran nümayəndə heyətinin rəhbəri Məhəmməd Baqir Qalibaf bildirib.

Onun sözlərinə görə, İran və ABŞ koordinasiya mexanizmlərinin – telefon "qaynar xətti"nin və xüsusi mərkəzin yaradılması barədə razılığa gəliblər. Hər hansı anlaşılmazlıq və ya problem yaranacağı halda, gəmilər həmin mərkəzlə əlaqə saxlaya biləcəklər.

Qalibaf həmçinin qeyd edib ki, İran beynəlxalq qanunlara dəqiq əməl edəcək və hər hansı problem və ya anlaşılmazlığın aradan qaldırılması üçün operativ addımlar atacaq:

"Yaradılacaq "qaynar xətt" təhlükəsizliyin və gəmi hərəkətinin ən yüksək səviyyədə təmin olunmasına kömək edəcək".

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Iyun 2026