• Bakı 31° C

    4.52 m/s

  • USD - 1.7

    EUR - 1.986

    RUB - 2.0505

Litva hökumətinin istefası qəbul edildi - YENİLƏNİB

DÜNYA

23 Iyun 2026 | 14:07

Litva hökumətinin istefası qəbul edildi - YENİLƏNİB

Litva Prezidenti Gitanas Nauseda İnqa Ruqinenenin başçılıq etdiyi hökumətin istefasını qəbul edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə LRT portalı məlumat yayıb.

Nauseda, həmçinin baş nazir vəzifəsinə namizəd Mindauqas Sinkyaviçyusla görüşəcək, cümə axşamı isə onun namizədliyini Seymin müzakirəsinə təqdim edəcək.

Namizədliyi təsdiq ediləcəyi təqdirdə Sinkyaviçyus 15 gün ərzində prezidentlə razılaşdırılmaqla hökumətin tərkibini və proqramını təqdim etməlidir, bundan sonra Seymdə yeni hökumətin təsdiqlənməsi üçün səsvermə keçiriləcək.

Ruqinene bildirib ki, Sinkyaviçyus hələ ötən il ovaxtkı hökumət başçısı Qintautas Paluçkasın istefasından sonra ölkənin baş naziri olmalı idi: "İndi baş verənlər keçən il baş verməli idi. Bu addım təxirə salınmışdı".

Qeyd olunub ki, Ruqinenenin baş nazir postunu tərk etdikdən sonra Sosial Təminat və Əmək Nazirliyindəki işinə qayıdacağı gözlənilir.

***

12:14

Baş nazir İnqa Ruginenenin başçılıq etdiyi Litva Nazirlər Kabineti istefa verdiyini rəsmən açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə qərar Nazirlər Kabinetinin iclasında bütün hökumət üzvlərinin ortaq razılığı əsasında qəbul edilib.

"Bütün çətinliklərə rəğmən, dövlətin və xalqın rifahı naminə gördüyümüz işlərlə fəxr etməyə haqqımız var. Bu gün istefa qərarını təsdiqləyirik", - deyə baş nazir çıxışında bildirib.

Xatırladaq ki, baş nazir və bütövlükdə hökumətin istefa verməsi hakim koalisiyada yaranmış siyasi dəyişikliklərlə bağlıdır. İyun ayının əvvəlində Litva Sosial Demokrat Partiyasının "Neman üzərində şəfəq" partiyasını populist siyasətdə günahlandıraraq onunla əməkdaşlığı pozmasından sonra koalisiyanın yenidən qurulması məsələsi aktuallaşıb. Litva naminə Demokratlar partiyası isə koalisiyanın yeni tərəfdaşına çevrilib. Məhz bu siyasi dəyişikliklər fonunda hökumətin yenidən formalaşdırılması barədə qərar qəbul olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Avqust 2026