• Bakı 25° C

    2.76 m/s

  • USD - 1.7

    EUR - 1.9474

    RUB - 2.321

Paşinyan tərəfdarları ilə müxaliflər dalaşdı

DÜNYA

23 Iyun 2026 | 14:32

Paşinyan tərəfdarları ilə müxaliflər dalaşdı

Bu gün İrəvan şəhər Ağsaqqallar Şurasının iclasında hakim “Vətəndaş müqaviləsi” partiyasının nümayəndələri ilə müxalifət üzvləri arasında dava düşüb.

Bakıvaxtı.az-ın xəbərinə görə, qarşıdurmaya seçkilər zamanı seçicilərin pulla ələ alınması ilə bağlı səslənən ittihamlar səbəb olub.

Müxalifət blokunun “Ana Ermənistan” fraksiyasının üzvləri hakim partiyanı seçki pozuntularında ittiham ediblər. Buna cavab olaraq İrəvan merinin müavini Armen Pambuxçyan müxalifət nümayəndələri ilə mübahisə etməyə başlayıb.

Bundan sonra başlayan söz qarşıdurması tərəflər arasında davaya çevrilib. Dava zamanı tərəflər bir-birinə su şüşələri atıb.

Hadisədən sonra İrəvan Ağsaqqallar Şurasının iclasında fasilə elan olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Iyun 2026