• Bakı 26° C

    4.34 m/s

  • USD - 1.7

    EUR - 1.9474

    RUB - 2.321

Sabiq icra başçısına yeni vəzifə verildi 

SİYASƏT

23 Iyun 2026 | 09:20

Sabiq icra başçısına yeni vəzifə verildi 

Sumqayıt Şəhər Ağsaqqallar Şurasına yeni sədr seçilib.

Bakıvaxtı.az bildirir ki, ölkə.az-ın əldə etdiyi xəbərə görə, bu vəzifəyə şəhərin nüfuzlu ağsaqqallarından olan Eldar İsmayılov gətirilib.

Qeyd edək ki, Eldar Vəkil oğlu İsmayılov 1949-cu il yanvarın 25-də Qazax rayonunun Qaymaqlı kəndində anadan olub.

1990-cı ildə Ali Sovetinin deputatı seçilib.

1991-1992-ci illərdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib. 1999- 2014-cü illərdə Sumqayıt Bələdiyyəsinin üzvü olub.

2014-cü ildən Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunda işlər idarəsinin müdiri-Aparat rəhbəri postunu tutub.

Prezident İlham Əliyevin 2009-cu il noyabrın 16-da imzaladığı sərəncamla “Şöhrət” ordeni ilə təltif edilib.

Xatırladaq ki, Sumqayıt Şəhər Ağsaqqallar Şurasının əvvəlki sədri Təbrik Quliyev bir neçə gün əvvəl istefa verib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Iyun 2026