Beynəlxalq Olimpiya Komitəsi (BOK) London-2012 Yay Olimpiya Oyunlarında qadınların 800 metr məsafəyə qaçış yarışının nəticələrini yenidən nəzərdən keçirərək medal bölgüsündə dəyişiklik edib.
Bakıvaxtı.az Rusiya mediasına istinadən xəbər verir ki, BOK-un bəyanatına görə, bu, həmin Oyunlarda gümüş medal qazanan rusiyalı idmançı, azərbaycanlı dünya çempionu Ramil Quliyevin həyat yoldaşı Yekaterina Quliyevanın diskvalifikasiyası ilə əlaqədardır.
Qərara əsasən, Y.Quliyevanın (keçmiş soyadı Poistoqova) nəticələri ləğv olunub və o, Olimpiya medalından məhrum edilib.
Xatırladaq ki, London Olimpiadasında ilk olaraq qızıl medalı rusiyalı Mariya Savinova qazanmış, Cənubi Afrika Respublikası təmsilçisi Kaster Semenya ikinci, Yekaterina Poistoqova isə üçüncü yeri tutmuşdu.
Lakin Savinova dopinq qaydalarını pozduğu üçün 2017-ci ildə qızıl medalından məhrum olunub. Bundan sonra qızıl medal Semenyaya verilib, Poistoqova isə gümüş medalçı elan edilib.
Həmin il Poistoqova da dopinq pozuntularına görə iki il müddətinə diskvalifikasiya edilsə də, İdman Arbitraj Məhkəməsinin qərarı ilə Olimpiya medalını qoruyub saxlamışdı.
Bakı 



