• Bakı 25° C

    2.76 m/s

  • USD - 1.7

    EUR - 1.9474

    RUB - 2.321

Məzun gecəsi qalmaqalı: Təşkilatçı şirkətin rəhbərliyi polisə çağırıldı?

CƏMİYYƏT

23 Iyun 2026 | 14:47

Məzun gecəsi qalmaqalı: Təşkilatçı şirkətin rəhbərliyi polisə çağırıldı?

Yüzlərlə tələbə məzun gecəsinin təşkili zamanı ciddi problemlərlə üzləşiblər.

Bu barədə onların Bakıvaxtı.az-a etdikləri şikayətlərdə bildirilir.

 İddialara görə, iyun ayında müxtəlif tarixlərdə keçirilən məzun gecəsinin təşkili “ECLIPS” adlı şirkətə həvalə olunub. Tədbirlərdə iştirak edən tələbələrdən 185-230 manat aralığında ödəniş toplandığı qeyd olunur.

Şikayətçilərin sözlərinə görə, şirkət tərəfindən əvvəlcədən verilən vədlərin əksəriyyəti yerinə yetirilməyib. Bu səbəbdən tələbələr arasında narazılıq yaranıb.

Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, məsələ ilə əlaqədar şirkətin əməkdaşları polis bölməsinə aparılıb.

Hazırda faktla bağlı araşdırma aparılır.

Saytımızı məlumatlandıran mənbə adıçəkilən şirkətin təşkil edəcəyi məzun gecələrinin ləğv olunduğunu bildirir:

“Tələbələrdən alınan pullar yaxın zamanda qaytarılacaq”.

Ayşəgül Əsədli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Iyun 2026