Bakı şəhərinin Xəzər rayonu, Mərdəkan qəsəbəsində dənizdə batan gənclərin faciədən əvvəl çəkilən görüntüləri paylaşılıb.
Bakıvaxtı.az Oxu.az-a istinadla xəbər verir ki, kadrlarda gənclərin dəniz sahilində birlikdə vaxt keçirdikləri əks olunub. Görüntülərin onların dənizə daxil olmalarından qısa müddət əvvəl lentə alındığı bildirilir.
Xatırladaq ki, Xəzər rayonu, Mərdəkan qəsəbəsində dənizdə 4 nəfər batıb. Hadisədən sonra 1991-ci il təvəllüdlü Namiq İsabala oğlu Əzimovun, 2005-ci il təvəllüdlü Elnur İsa oğlu Əbdülovun və 2007-ci il təvəllüdlü Elmar İsa oğlu Əbdülovun meyitləri dalğıc-xilasedicilər tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Dənizdə batan dördüncü şəxs - 2003-cü il təvəllüdlü Pərviz Zöhrab oğlu Məcidovun axtarışları isə davam etdirilir.
Bakı 



