Gürcüstan hökuməti ölkədə qanunsuz yaşayan miqrantlara qarşı tədbirləri daha da gücləndirməyi planlaşdırır.
Bakıvaxtı.az "Milliyet"ə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, hökumətin məqsədi ölkədə heç bir qanunsuz miqrantın qalmamasını təmin etməkdir:
"Bu istiqamətdə işlər aktiv şəkildə davam etdiriləcək. Son bir il və bir neçə ay ərzində ölkədən çıxarılan qanunsuz miqrantların sayı əvvəlki 10 il ərzində deportasiya olunanların sayından daha çox olub. Bu, Daxili İşlər Nazirliyində həyata keçirilən institusional dəyişikliklərin və siyasətdəki yanaşma dəyişikliyinin praktiki nəticəsidir".
Baş nazir əlavə edib ki, qanunsuz miqrasiyaya qarşı mübarizə hökumətin prioritet istiqamətlərindən biri olaraq qalacaq.
Gülşən Şərif
Bakı 



