Mingəçevirdə bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə H.Əliyev prospektinin Kür çayı yaxınlığından keçən hissəsində baş verib.
Belə ki, "KİA" markalı maşın motosikletlə toqquşub. Qəza zamanı müxtəlif bədən xəsarətləri alan motosikletçi, 49 yaşlı Mehman Səfərov xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Murad İsmayıl
Bakı 



