Bəzi informasiyaların yerləşdirilməsinə görə internet informasiya ehtiyatının fəaliyyəti müvəqqəti olaraq məhdudlaşdırılacaq.
Bakıvaxtı.az xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Əmək və sosial siyasət komitələrinin bu gün keçirilən birgə iclasında müzakirə edilən “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihəsində əks olunub.
Layihəyə əsasən, qanunla yayılması qadağan edilən məlumatların internet informasiya ehtiyatlarında yerləşdirilməsi hallarında həmin resurslara və ya onların ayrı-ayrı hissələrinə giriş müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında müvəqqəti məhdudlaşdırıla biləcək.
Hazırda qanunvericiliyə əsasən, internet resurslarında narkotik vasitələr, psixotrop maddələr, pornoqrafiya, o cümlədən uşaq pornoqrafiyası, ictimai mənəviyyata zidd məlumatlar, qanunsuz qumar və mərc oyunlarının təşviqi, intihara təhrik edən və ya intiharı təbliğ edən məlumatlar, uşaqlar üçün zərərli informasiyalar, təhqir və böhtan xarakterli məlumatlar, eləcə də ictimai təhlükə yarada biləcək yalan məlumatların yayılmasına yol verilmir.
Təklif olunan dəyişikliklə bu cür məlumatların yerləşdirildiyi internet informasiya ehtiyatlarına müraciətin məhdudlaşdırılması mexanizmi tətbiq ediləcək.
Bu informasiyaları yayanlar CƏZALANDIRILACAQ
MEDİA
23 Iyun 2026 | 11:43

SON XƏBƏRLƏR
11:52
09:27
22 Iyun 2026
Bakı 


