• Bakı 10° C

    1.26 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

DYP: Son 20 gündə 79 motosiklet...

CƏMİYYƏT

23 Iyun 2026 | 14:39 | Müəllif: Əli Hüseynov

DYP: Son 20 gündə 79 motosiklet...

Paytaxt ərazisində cari ilin 5 ayı ərzində motosiklet və mopdelərin iştirakı ilə ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisələrinin sayı 6 fakt, qəza nəticəsində ölənlərin sayı 5 nəfər, xəsarət alanların sayı isə 1 nəfər olub.

Bu barədə Bakıvaxtı.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, statistik rəqəmlərdə azalma müşahidə olunsa da, hadisələrin qarşının alınması istiqamətində tərəfimizdən davamlı olaraq nəzarət profilaktiki tədbirlər həyata keçirilir:

"Xüsusilə də iyun ayının əvvəlindən bu günə kimi sürücülük hüququ və dövlət qeydiyyat nişanı olmayan, normativ tələblər pozulmaqla avadanlıq quraşdırılıb və ya dəyişdirilmiş 79 motosiklet və moped aşkar edilərək mühafizə olunan duracaqlara yerləşdirilib və sürücülər barəsində qanunamüvafiq tədbirlər həyata keçirilib".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026