İran hakimiyyəti ABŞ-İran anlaşma memorandumunun həyata keçirilməsi çərçivəsində İsraildən Livana qarşı hücumları dayandırmağı və qoşunlarını Livan ərazisindən çıxarmağı tələb edib.
Bakıvaxtı.az "İRNA"ya istinadən xəbər verir ki, bu barədə İranın BMT-dəki daimi nümayəndəsi Əli Bəhreyni bildirib.
Onun sözlərinə görə, 21 iyun tarixində İsveçrədə tərəflər arasında danışıqlar gecə yarısına qədər davam edib və tərəflər müzakirələrdə yaxşı irəliləyiş əldə edə biliblər:
"Biz anlaşma memorandumunun bütün tərəflərinə aydın şəkildə bildirdik ki, Livan xalqına qarşı müharibəyə son qoyulmalıdır. Buna görə də Livana qarşı heç bir hücum olmamalı və İsrail qoşunları Livan ərazisindən çıxarılmalıdır".
Gülşən Şərif
Bakı 



