• Bakı 25° C

    4.7 m/s

  • USD - 1.7

    EUR - 1.9474

    RUB - 2.321

Şimşək çaxacaq, yağış yağacaq - SABAHIN HAVASI

CƏMİYYƏT

23 Iyun 2026 | 12:44

Şimşək çaxacaq, yağış yağacaq - SABAHIN HAVASI

İyunun 24-də gözlənilən hava proqnozu açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən Bakıvaxtı.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecəyə doğru yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 20-23° isti, gündüz 29-34° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət isə gecə 60-65%, gündüz 40-50 % təşkil edəcək.

    Azərbaycanın rayonlarında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, axşam yağıntıların bir qədər güclənəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 21-25° isti, gündüz 30-35° isti, dağlarda gecə 10-15° isti, gündüz 17-22°, bəzi yerlərdə 25-28° isti olacaq.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    22 Iyun 2026