• Bakı 26° C

    4.19 m/s

  • USD - 1.7

    EUR - 1.9474

    RUB - 2.321

Azərbaycan-Pakistan hərbi əlaqələri inkişaf edir

SİYASƏT

23 Iyun 2026 | 10:45

Azərbaycan-Pakistan hərbi əlaqələri inkişaf edir

Pakistan Milli Müdafiə Universitetinin rəhbər heyəti və "Milli Təhlükəsizlik və Müharibə kursu-26"nın dinləyici və professor-müəllim heyəti Azərbaycana səfər edib.

Bu barədə Bakıvaxtı.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Pakistanlı nümayəndə heyəti ilə görüşən Milli Müdafiə Universitetinin rektoru general-mayor Gündüz Əbdülov onları Azərbaycanda görməkdən məmnunluğunu ifadə edib.

Görüşdə Azərbaycanla Pakistan arasında əlaqələrin davamlı inkişaf etdiyi qeyd olunub, hərbi təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Nümayəndə heyəti və dinləyicilərə "Hərbi təhsil və elm sahəsində həyata keçirilən islahatlar" mövzusunda brifinq təqdim olunub.

Sonda qarşılıqlı hədiyyələr təqdim edilib və xatirə fotosu çəkdirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Iyun 2026