• Bakı 25° C

    4.7 m/s

  • USD - 1.7

    EUR - 1.9474

    RUB - 2.321

Türkiyədə hərbçilər qəzaya düşdü: Ölən və xəsarət alanlar var

DÜNYA

23 Iyun 2026 | 12:54

Türkiyədə hərbçilər qəzaya düşdü: Ölən və xəsarət alanlar var

Türkiyədə bir zabitin ölümü, beş nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az yerli mətbuata istinadla xəbər verir ki, hadisə Van-Ərciş şossesində qeydə alınıb.

Məlumata görə, yüngül kommersiya avtomobili jandarma patrul avtomobilinə çırpılıb. Xəbərdarlıqla hadisə yerinə tibb, polis, jandarma və yanğınsöndürmə qrupları göndərilib. Tibbi qruplar tərəfindən aparılan ilkin müayinələr nəticəsində bir jandarma zabitinin həlak olduğu, üç jandarma zabiti də daxil olmaqla beş nəfərin yaralandığı məlum olub.

Yaralılar hadisə yerində ilkin tibbi yardım aldıqdan sonra xəstəxanaya aparılıblar.

Qəza ilə bağlı araşdırma başlanıb.

Ölən jandarma zabitinin Adanada qeydiyyatda olduğu öyrənilib.

Murad Məmmədli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Iyun 2026