• Bakı 11° C

    3.98 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

9 mindən çox sakin təxliyə edilib - Bu ölkədə

DÜNYA

23 Iyun 2026 | 15:05 | Müəllif: Əli Hüseynov

9 mindən çox sakin təxliyə edilib - Bu ölkədə

Çinin cənub-qərbindəki Quyçjou əyalətində bazar ertəsindən etibarən yağan leysan yağışları ilə əlaqədar 9 mindən çox sakin təxliyə edilib.

Bakıvaxtı.az "Xinhua" agentliyinə istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.

Duyun şəhərində daşqınla əlaqədar fövqəladə hallara reaksiya səviyyəsi III-dən II-yə qaldırıldığı üçün məktəblərin fəaliyyəti dayandırılacaq.

Hazırda insan tələfatı barədə məlumat yoxdur.

Leysan yağışları prefekturanın bəzi ərazilərində elektrik təchizatında pozuntulara səbəb olub və elektrik enerjisinin verilişinin bərpası üçün 1000-dən çox mütəxəssis səfərbər edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026