• Bakı 25° C

    4.7 m/s

  • USD - 1.7

    EUR - 1.9474

    RUB - 2.321

Azərbaycandan bu yolla Ermənistana 408 ton gübrə daşındı

SİYASƏT

23 Iyun 2026 | 11:38

Azərbaycandan bu yolla Ermənistana 408 ton gübrə daşındı

Bu gün Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, 6 vaqondan ibarət, çəkisi 408 ton olan gübrə Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.

    Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 33 min tondan çox taxıl, 7 min tondan çox gübrə, 133 ton alüminium, 68 ton qarabaşaq və 414 ton antrasit göndərilib.

    Xatırladaq ki, tranzitlə yanaşı, Azərbaycandan Ermənistana neft məhsulları da ixrac olunur. İndiyədək Azərbaycandan Ermənistana 14 min tondan çox dizel, 4 min tondan çox Aİ-92 və Aİ-95 benzini ixrac olunub.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    22 Iyun 2026