• Bakı 17° C

    4.18 m/s

  • USD - 1.7

    EUR - 1.9746

    RUB - 2.3867

Sürücü sükan arxasında öldü, avtomobil isə...-FOTO

HADİSƏ

24 May 2026 | 20:54

Sürücü sükan arxasında öldü, avtomobil isə...-FOTO

Lənkəran şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, qəza şəhərin Molla Pənah Vaqif küçəsində qeydə alınıb.

İlkin məlumata görə, 57 yaşlı şəhər sakini Vüqar Nağırov avtomobillə hərəkətdə olarkən sükan arxasında qəfil ürəktutmadan ölüb.

Bundan sonra nəqliyyat vasitəsi idarəetmədən çıxaraq yol kənarında yerləşən obyektə çırpılıb.  Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub. Həkimlərin müayinəsi zamanı sürücünün həyatını itirdiyi müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR

23 May 2026