• Bakı 12° C

    6.46 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

 Bakıda “Opel” belə yandı - VİDEO

HADİSƏ

24 May 2026 | 19:04 | Müəllif: Ayyət Əhməd

Bakıda “Opel” belə yandı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Nərimanov rayonu, Qarabağ küçəsində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

Bakıvaxtı.az xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən “Opel” markalı minik avtomobilinin mühərrik hissəsində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində avtomobilin mühərrik hissəsi yanıb. Yüksək temperaturun təsirindən yaxınlıqda park edilmiş “Mercedes” markalı minik avtomobilinin bamperi deformasiya edib. Xəsarət alan olmayıb.

Avtomobillərin digər hissələri yanğından mühafizə olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026