• Bakı 28° C

    0.65 m/s

  • USD - 1.7

    EUR - 1.9849

    RUB - 2.1912

Dənizkənarı ərazilərdə çirklənməyə qarşı polis nəzarəti gücləndirilib

CƏMİYYƏT

11 Iyul 2025 | 14:59

Dənizkənarı ərazilərdə çirklənməyə qarşı polis nəzarəti gücləndirilib

Polis əməkdaşları tərəfindən aidiyyəti qurumlarla birgə Xəzər dənizinin sahilboyu ərazilərində ekoloji sabitliyin qorunması məqsədilə tədbirlər davam etdirilir.

Bakıvaxtı.az bu barədə DİN-ə istinadən xəbər verir.

Neftçala rayonu Şirvanlı kəndində tullantıların dəniz sahilinə atılması, Astarada bir istirahət mərkəzindən dənizə çirkab su axıdılması, digər məkanda tullantıların yandırılması və Pirallahı rayonundakı mağazada tullantıların müəyyən olunmuş yerlərdən kənara atılması halları aşkarlanıb.

Faktlarla bağlı obyektlərin məsul şəxsləri və daha iki nəfər barəsində inzibati protokollar tərtib edilib.

Ölkə üzrə nəzarət-profilaktik tədbirlər davam etdirilir. 


SON XƏBƏRLƏR