• Bakı 27° C

    0.65 m/s

  • USD - 1.7

    EUR - 1.9849

    RUB - 2.1912

Hindistanlı tennisçi atası tərəfindən güllələnib

İDMAN

11 Iyul 2025 | 12:05

Hindistanlı tennisçi atası tərəfindən güllələnib

Hindistanlı tennisçi Radxika Yadav atası tərəfindən güllələnib.

Bakıvaxtı.az-ın “Times of India”ya istinadən məlumatına görə, hadisə mübahisə zəmnində baş verib.

Səhər yeməyi zamanı ata və qızı arasında mübahisə tennisçinin güllələnməsi ilə nəticələnib. Dipak Yadav qızına beş dəfə atəş açıb. Güllələrdən üçü idmançıya dəyib və ona ölümcül xəsarətlər yetirib. 25 yaşlı tennisçi xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.

49 yaşlı ata sorğu-sual zamanı bildirib ki, insanların onun məhz qızının qazancı və şöhrəti hesabına yaşadığı barədə danışması belə bir addıma səbəb olub.

Qeyd edək ki, Radxika Yadavın Beynəlxalq Tennis Federasiyasının (ITF) reytinqində ən yaxşı mövqeyi 2024-cü ilin noyabrında 113-cü yer olub.


SON XƏBƏRLƏR