• Bakı 17° C

    3.33 m/s

  • USD - 1.7

    EUR - 1.9855

    RUB - 2.0247

“Əl-Nasr” İniqo Martinezi transfer edib

İDMAN

10 Avqust 2025 | 07:48

“Əl-Nasr” İniqo Martinezi transfer edib

“Barselona”nın 34 yaşlı mərkəz müdafiəçisi İniqo Martinez rəsmən Səudiyyə Ərəbistanının “Əl-Nasr” klubuna keçib.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə klubun mətbuat xidməti X sosial şəbəkəsində məlumat yayıb.

“Əl-Nasr” öz səhifəsində təyyarə pilotunun yeni gələn futbolçunu elan etdiyi bir video yayımlayıb.

Qeyd edək ki, ispaniyalı “Barselona” ilə müqaviləsinə xitam verib və azad agent kimi Səudiyyə Ərəbistanı klubuna keçib. Müqavilə 2026-cı ilə qədərdir və daha bir mövsüm uzatmaq imkanı var.


SON XƏBƏRLƏR

27 Sentyabr 2025