Rusiya tərəfi “məlum səbəblərə görə” Rusiyanın xarici işlər naziri Sergey Lavrovun ABŞ dövlət katibi Marko Rubioya verdiyi Ukrayna nizamlanmasına dair yeni təkliflərin mahiyyətini açıqlamayacaq.
Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Mən məlum səbəblərə görə Rusiya Federasiyasının təklifləri haqqında danışa bilmərəm”, - Kremlin sözçüsü Rusiyanın ABŞ-a verdiyi təşəbbüslərin mahiyyəti barədə suala cavab verib.
Qeyd edək ki, ABŞ dövlət katibi Marko Rubio Rusiya Federasiyasının yeni təklifləri barədə danışıb. Rusiya XİN başçısı Sergey Lavrov isə jurnalistlərlə söhbətində həmin təkliflərin mahiyyətini açıqlamayıb, “böyük sürprizlər” gözləməyi təklif edib.dü