Qala Əntiq Əşyalar Muzeyi bərpadan sonra yenidən açılıb.
Bakıvaxtı.az xəbər verir ki, uzun müddət qəzalı vəziyyətdə olan muzey “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən bərpa edilib.
Qeyd edək ki, 2011-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan muzey uzun illər Azərbaycan xalqının zəngin dekorativ-tətbiqi sənət nümunələrini və qədim məişət əşyalarını geniş ictimaiyyətə təqdim edib.
Hazırda muzeydə 800-dən çox unikal eksponat nümayiş etdirilir.