• Bakı 30° C

    1.19 m/s

  • USD - 1.7

    EUR - 1.9849

    RUB - 2.1912

Göyçayda ev yanıb - YENİLƏNİB

HADİSƏ

11 Iyul 2025 | 16:14

Göyçayda ev yanıb - YENİLƏNİB

Bu gün 07:41 radələrində Göyçay rayonu ərazisində, evdə baş verən yanğın hadisəsi nəticəsində 1963-cü il təvəllüdlü (kişi cinsli) şəxs boynun, kürəyin II dərəcəli yanığı diaqnozu ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə hospitalizasiya edilib.

Bakıvaxtı.az xəbər verir ki, apa-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirib ki, zəruri tibbi yardım göstərildikdən sonra o, ambulator müalicə üçün evə buraxılıb.

***

13:04

Ötən gün gecə saatlarında Göyçay rayonunun Mollahacılı kəndində ev yanıb.

Bakıvaxtı.az Apa-ya istinadla xəbər verir ki, kənd sakini 1963-cü il təvəllüdlü Elbrus Həsənova məxsus sahəsi 270 kv.metr olan 1 mərtəbəli 8 otaqdan ibarət kürsülü ev əşyaları ilə birlikdə tamamilə yanıb.

    İlkin ehtimala görə, ev mətbəxt hissədən alışıb və tez bir zamanda yanğın hər yeri bürüyüb. Hadisə zamanı evdə 6 nəfər ailə üzvü olub.

    Hadisə yerinə dərhal Göyçay Yanğından mühafizə hissəsinin 3 ədəd texnikası və canlı qüvvəsi cəlb olunub. Yaxındakı tikillər yanğından mühafizə edilib.

    Faktla bağlı araşdırma aparılır.


    SON XƏBƏRLƏR