• Bakı 27° C

    0.65 m/s

  • USD - 1.7

    EUR - 1.9849

    RUB - 2.1912

İlham Zəkiyev: “Kitabları şəxsi vəsaitim hesabına çap etdirmişəm”

İDMAN

11 Iyul 2025 | 13:56

İlham Zəkiyev: “Kitabları şəxsi vəsaitim hesabına çap etdirmişəm”

Azərbaycanın ikiqat paralimpiya çempionu İlham Zəkiyev müəllifi olduğu kitabları şəxsi vəsaiti hesabına çap etdirib.

Bakıvaxtı.az xəbər verir ki, paracüdoçu bu barədə Report-a açıqlamasında bildirib.

O, təcrübəsini bölüşməyin Azərbaycan idmanına faydalı olacağını düşünür:

“Hazırda Azərbaycan İdman Akademiyasının doktorantıyam. Artıq ikinci kursa keçmişəm. 6 dəfə Yay Paralimpiya Oyunlarında ölkəmizi təmsil etmişəm. Afina və Pekindən qızıl, London, Tokio və Parisdən isə bürünc medal gətirmişəm. Üç dəfə dünya, səkkiz dəfə Avropa çempionu olmuşam. Düşünürəm ki, təcrübəmi bölüşsəm, gənc nəsil, Azərbaycan idmanı bundan faydalanacaq”.

İdmançı kitabların cəmi 500 tirajda çap olunduğunu nəzərə çatdırıb:

“Kitabları şəxsi vəsaitim hesabına çap etdirmişəm. Cəmi 500 tirajda çap olunub və satışa çıxarılmayacaq. İdman məktəblərinə, federasiyalara paylanacaq. Həmçinin məşqçilər arasında sorğu keçirəcəyik. Burada təkcə cüdo olmayacaq. Digər idman növləri üzrə məşqçilər də fikirlərini bildirəcəklər. Sorğunun cavablarını növbəti elmi işlərdə istifadə edəcəyik”.


SON XƏBƏRLƏR