• Bakı 25° C

    1.74 m/s

  • USD - 1.7

    EUR - 1.9849

    RUB - 2.1912

Cənubi Qafqazda yeni dizayn: Əbu-Dabi görüşünün strateji nəticələri

SİYASƏT

11 Iyul 2025 | 15:37

Cənubi Qafqazda yeni dizayn: Əbu-Dabi görüşünün strateji nəticələri

“Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın Əbu-Dabidə baş tutan görüş böyük əhəmiyyət daşıyır”.

Bu barədə Bakıvaxtı.az-a siyasi şərhçi Elçin Xalidbəyli bildirib. Onun sözlərinə görə, bu görüşün nəticələri Cənubi Qafqazın gələcək taleyinin müəyyən olunmasında birbaşa rol oynayır:

“Belə hesab etmək olar ki, məlum görüş Cənubi Qafqazın yenidən dizayn olunması prosesinin başlanğıcı hesab oluna bilər. Çünki Azərbaycan və Ermənistan rəhbərləri yekun sülh sazişinin imzalanması məsələsi ətrafında və Cənubi Qafqazdakı digər proseslərin inkişaf istiqamətləri barədə müzakirələr aparıblar”.

E.Xalidbəyli qeyd edib ki, ən əsası isə bu müzakirələrdə kənar vasitəçi iştirak etməyib. Birbaşa təmaslar vaistəsilə iki ölkənin  daha pozitiv, daha obyektiv və daha operativ müzakirələr aparmasına münbit şərait yaradıb:

“Bəzi məlumatlara görə, Əbu-Dabi görüşündə kifayət qədər ciddi irəliləyişlər əldə olunub. Bəzi məsələlər ətrafında anlaşmaların əldə edildiyi bildirilir. Bu baxımdan hesab etmək olar ki, görüş olduqca böyük önəm daşıyır. Cənubi Qafqazın gələcək taleyi görüşün nəticələrindən asılıdır”.

Müsahibimizin qənaətincə, Rusiyanın Cənubi Qafqazdakı təsir mexanizmləri demək olar ki, məhdudlaşdırılıb:

“Rusiya əsas təsir mexanizmləri sırasına daxil olan hərbi, siyasi münaqişə faktorundan məhrum qalıb. Azərbaycan və Ermənistan arasında yekun sülh sazişi imzalansa, Rusiyanın Cənubi Qafqazda, xüsusilə də Azərbaycan üzərində təsir mexanizmi qalmayacaq”.

Elçin Xalidbəyli: Yaxın gələcəkdə yekun sülh sazişinin imzalanması baş tuta bilər

Xalidbəyli heab edir ki, Rusiya Zəngəzur dəhlizinə nəzarət şansını itirmək üzrədir:

“Bu mövzu rəsmi Moskvanın maraq və hədəfləri nəzərə alınmadan müzakirə edilir. Bu geoiqtisadi layihədə şimal qonşumuzun iştirakı mümkün görünmür. Bütün bunları, eləcə də Əbu-Dabi görüşünə Qərbin xüsusi maraq göstərməsini nəzərə alanda onu görmək olur ki, Cənubi Qafqaz yeni mərhələyə qədəm  qoyub”.

Siyası şərhçi hesab edir ki, yaxın gələcəkdə bəzi önəmli məqamlar həll edildikdən sonra yekun sülh sazişinin imzalanması baş tuta bilər. Onun dediyinə görə, burada əsas məsələ Ermənistanın öz kontitusiyasında Azərbaycana qarşı ərazi iddiaları olan müddəaları ləğv etməsi və ATƏT-in Minks qrupunun ləğvi ilə bağlı ortaq müraciətin göndərilməsi ilə bağlıdır:

“Ermənistan bu iki məsələni ən qısa zamanda həll edəcəyi təqdirdə, yekun sülh sazişi imzalana bilər”.

Aydın Baxış


SON XƏBƏRLƏR