"Kəpəz" klubu daha bir futbolçunun keçidini rəsmiləşdirib.
Bakıvaxtı.az-ın məlumatına görə, Gəncə təmsilçisi Burkina Fasodan olan Adama Fofana ilə müqavilə imzalayıb.
O, azad agent kimi "sarı-göylər"ə keçib. 25 yaşlı cinah müdafiəçisi son olaraq Türkiyədə "Adanaspor"un formasını geyinib.
Qeyd edək ki, Adama Fofana Fransada "Dijon", İsveçdə "Verberq"in uğurları üçün çalışıb.