• Bakı 18° C

    2.44 m/s

  • USD - 1.7

    EUR - 1.98

    RUB - 2.318

Məryəm Nəvaz Şərif: "Bakıda özümü yad ölkədə hiss etmirəm"

WUF13

18 May 2026 | 17:30

Məryəm Nəvaz Şərif: Bakıda özümü yad ölkədə hiss etmirəm

Prezidenti İlham Əliyevin dayanıqlı şəhərsalma sahəsindəki yanaşması, Bakının və bütövlükdə Azərbaycanın transformasiyası ilə əlaqədar planları ölkəni həqiqətən müasir, mükəmməl formada bir-birinə bağlı infrastrukturlara malik məkana çevirməyə istiqamətlənib.

Bakıvaxtı.az xəbər verir ki, bunu Pakistan İslam Respublikasının Pəncab əyalətinin Baş naziri Məryəm Nəvaz Şərif WUF tarixində ilk dəfə Bakıda keçirilən Liderlər Sammitindəki çıxışında deyib.

"Mən burada, Bakıda olarkən özümü yad bir diyara gəlmiş kimi hiss etmirəm. Fəxr edirəm ki, xarici missiya çərçivəsində ilk səfərim məhz bu ölkəyə olub. Mən buraya - tərəqqi, dözümlülük və müasirliyin parlaq nümunəsini sərgiləyən Bakıya gəldim. Qeyd etmək istərdim ki, Pakistandakı Pəncab, Bakı kimi, 130 milyondan artıq əhalisi olan bir əyalətdir".


SON XƏBƏRLƏR