q
  • Bakı 19° C

    4.55 m/s

  • USD - 1.7

    EUR - 1.98

    RUB - 2.318

Bolqarıstan prezidenti: Şəhərlərin gələcəyi insanın mənzil hüququ ilə müəyyən olunur

WUF13

18 May 2026 | 15:46

Bolqarıstan prezidenti: Şəhərlərin gələcəyi insanın mənzil hüququ ilə müəyyən olunur

Şəhərsalma və mənzil təminatı məsələləri qlobal miqyasda sosial ədalət və insan ləyaqəti ilə birbaşa bağlıdır.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Bolqarıstan Respublikasının Prezidenti İliyana Yotova WUF13 forumunda çıxışı zamanı səsləndirib.

Çıxışda əvvəlcə Azərbaycan Prezidenti və Azərbaycan xalqına forumun yüksək səviyyədə təşkilinə görə təşəkkür ifadə olunub:

“Ev sahibi olan Azərbaycan Respublikasına və Prezident İlham Əliyevə dərin minnətdarlığımızı bildiririk. Bakı bu gün dünyanın gələcəyinin müzakirə edildiyi məkana çevrilib”.

Vitse-prezident vurğulayıb ki, “şəhərsalma” anlayışının mərkəzində statistik göstəricilər deyil, insanlar dayanır:

“Dünyada təxminən 2,8 milyard insanın yaşayış yeri yoxdur və 1 milyarddan çox insan qeyri-rəsmi məskunlaşma ərazilərində yaşayır. Hər saniyə bir yerdə bir ailə ev gözləyir. Ev sadəcə bir əmtəə deyil, insan həyatının başlanğıcıdır. Ev olmadan sabit iş, təhsil və səhiyyə də mümkün deyil. Müasir şəhərlər yalnız texnologiya ilə ölçülməməlidir. Ən müasir şəhər ən çox texnologiyaya sahib olan deyil, heç kimin özünü kənarda hiss etmədiyi şəhərdir”.

Lotova şəhərlərin dəyişən qlobal reallıqlara uyğun idarə olunmasının vacibliyini vurğulayıb:

“Bu gün şəhərlər artıq klassik sərhədlərlə idarə olunmur. Onlar çoxmərkəzli, genişlənmiş iqtisadi və sosial şəbəkələrə çevrilib. Miqrasiya və müharibələr nəticəsində milyonlarla insan şəhərlərə üz tutur. Şəhərlər təhlükəsizliyin axtarıldığı ilk məkandır. Buna görə də biz bu reallığa hazır olmalıyıq. İqlim dəyişikliyi də şəhər həyatına ciddi təsir göstərir. Quraqlıq, su qıtlığı və dəniz səviyyəsinin qalxması milyonlarla insanı köç etməyə məcbur edir”.

Bolqarıstan rəsmisi ölkəsinin də oxşar demoqrafik və sosial çağırışlarla üzləşdiyini qeyd edib:

“Əhalinin yaşlanması, regionlararası fərqlər və daxili miqrasiya bizim də reallığımızdır. Şəhərlərin gələcəyi üçün beynəlxalq əməkdaşlıq və təcrübə mübadiləsi həlledici rol oynayır. Texnologiya və süni intellekt yalnız insanlara xidmət etdiyi halda dəyər qazanır. Mənzil siyasəti artıq ayrıca sektor deyil, bütövlükdə cəmiyyətin gələcək inkişaf strategiyasıdır.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR