q
  • Bakı 19° C

    5 m/s

  • USD - 1.7

    EUR - 1.98

    RUB - 2.318

İcraçı direktor: Əldə etdiyimiz nəticələr artıq real icra mərhələsinə yönəldilməlidir

WUF13

18 May 2026 | 09:27

İcraçı direktor: Əldə etdiyimiz nəticələr artıq real icra mərhələsinə yönəldilməlidir

Əldə etdiyimiz nəticələr artıq real icra mərhələsinə yönəldilməlidir. Biz konkret fəaliyyətə keçidin vacibliyini diktə edən mühüm bir mərhələyə qədəm qoymuşuq. Bu Forum da mahiyyəti etibarilə yalnız müzakirə platforması deyil, əməli fəaliyyətə çağırışla yekunlaşan bir prosesdir.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri WUF13 çərçivəsində rəsmi açılış mətbuat konfransı zamanı BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax deyib.

Onun sözlərinə görə, inklüziv, güclü və dayanıqlı şəhərlərin qurulmasından danışarkən anlayırıq ki, zəruri bilik və təcrübə artıq mövcuddur, həll yolları müəyyən edilib:

"Bu gün əsas ehtiyac kollektiv iradənin ortaya qoyulmasıdır. Biz birlikdə qərara gəlməliyik ki, inklüziv, güclü və dayanıqlı şəhərlər konsepsiyası sadəcə vizion kimi qalmasın, real həyatda öz əksini tapsın".

A.Rossbax əlavə edib ki, bu istiqamətdə atacağımız addımlar milyonlarla insanın gələcəyinə təsir göstərəcək, qlobal urbanizasiyanın keyfiyyətini müəyyənləşdirəcəkdir:

"Bir daha iştirakınıza, dəstəyinizə və birgə fəaliyyət əzminizə görə hər birinizə dərin təşəkkürümü bildirirəm”.

Əli Hüseynov


SON XƏBƏRLƏR

17 May 2026