Bu il mayın 1-nə Naxçıvan Muxtar Respublikasında 55 424 vergi ödəyicisi olub.
Bakıvaxtı.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu, ötən il mayın 1-i ilə müqayisədə 7,3 % çoxdur.
Vergi ödəyicilərinin 94,7 %-i fiziki şəxslər, 5,3 %-i hüquqi şəxslər və digər təşkilatlardır. Son 1 ildə fərdi sahibkarların sayı 7,5 %, idarə, müəssisə və təşkilatların sayı isə 4,7 % artıb.
Bu il martın sonuna qeydiyyatda olan kommersiya qurumlarının sayı isə 1 il əvvələ nisbətən 14,6 % çox – 1 863 vahid təşkil edib.
Kommersiya qurumlarının 89,1 %-i elektron qaydada qeydiyyata alınıb.
Bakı 




