q
  • Bakı 19° C

    5 m/s

  • USD - 1.7

    EUR - 1.98

    RUB - 2.318

ISEF-də Azərbaycan şagirdlərinin növbəti uğuru

CƏMİYYƏT

18 May 2026 | 10:50

ISEF-də Azərbaycan şagirdlərinin növbəti uğuru

Beynəlxalq Elm və Mühəndislik Sərgisində Azərbaycan şagirdləri növbəti uğura imza atıblar. Dünyanın ən nüfuzlu elm və mühəndislik müsabiqələrindən biri hesab olunan Beynəlxalq Elm və Mühəndislik Sərgisində ölkəmizi təmsil edən şagirdlər yüksək nəticələr əldə ediblər.

Bakıvaxtı.az bu barədə Azərbaycan Respublikasının Təhsil İnstitutuna (ARTİ) istinadən xəbər verir.

Belə ki, Bakı şəhəri Tofiq İsmayılov adına 6 nömrəli məktəb-liseyin 10-cu sinif şagirdi Banu İbrahimova və həmin təhsil müəssisəsinin 9-cu sinif şagirdi Mikayıl Əhmədbəyli müsabiqədə bürünc medala layiq görülüblər.

Eyni zamanda, Gəncə şəhəri Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta ümumtəhsil məktəbinin 10-cu sinif şagirdi Ömər Abdullayev və Gəncə şəhəri Əhməd Cavad adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin 10-cu sinif şagirdi Səlman Sadıxzadə xüsusi mükafat qazanıblar.

Qeyd edək ki, beynəlxalq müsabiqə 9–15 may tarixlərində Amerika Birləşmiş Ştatlarının Arizona ştatının Feniks şəhərində keçirilib.

Şagirdləri, onların müəllimlərini və valideynlərini təbrik edir, gələcək fəaliyyətlərində yeni uğurlar arzulayırıq.

 


SON XƏBƏRLƏR

17 May 2026