• Bakı 24° C

    1.73 m/s

  • USD - 1.7

    EUR - 1.9673

    RUB - 2.3573

Növbəti dəfə ölkə birincisi oldu

CƏMİYYƏT

16 Iyun 2026 | 22:45

Növbəti dəfə ölkə birincisi oldu

BANM tələbəsi Cəmilə Yusifova növbəti dəfə ölkə birincisi olub. 

Bakıvaxtı.az xəbər verir ki, magistraturaya qəbul imtahanlarının ikinci cəhdinin esse cavablarından sonra Cəmilənin növbəti dəfə ölkə birincisi olduğu məlum olub. Belə ki, 98,5 bal toplayan tələbə 3-cü dəfə imtahana qoşularaq hədəfinin 100 bal olacağını gözləyir.

Qeyd edək ki, Cəmilə Yusifova 5 il əvvəl 685 bal toplayaraq BANM-ı seçmişdi. Prezident təqaüdçüsüdür və ölkə banklarının birində kibertəhlükəsizlik üzrə mütəxəssis olaraq çalışır.

Cəmilənin qardaşı Əli Yusifov da 2017-ci ildə 690 bal toplayaraq Bakı Ali Neft Məktəbini seçmişdi. Onların hər ikisi Şirvan şəhəri 1 nömrəli tam orta məktəbin məzunudur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Iyun 2026