• Bakı 24° C

    1.77 m/s

  • USD - 1.7

    EUR - 1.9673

    RUB - 2.3573

Sabahdan daha bir marşrut üzrə bütün avtobuslar yenilənir

CƏMİYYƏT

16 Iyun 2026 | 19:43

Sabahdan daha bir marşrut üzrə bütün avtobuslar yenilənir

Paytaxtın Sabunçu qəsəbəsinin Əliyar Əliyev küçəsini Xətai rayonunun Rövlan Məmmədov küçəsi ilə əlaqələndirən 22 nömrəli marşrutda istismar olunan bütün avtobuslar yenilənir.

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.

Bildirilib ki, iyunun 17-dən marşrut üzrə 14 müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunan “King Long” markalı avtobus sərnişinlərin xidmətində olacaq.

Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,60 AZN müəyyən edilib.

Xatırladaq ki, marşrut xəttində avtobusların bir qismi ötən ilin sentyabrında yenilənmişdi.

 



Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR