“Ümumdünya Şəhərsalma Forumunun Bakıda keçirilməsinin geosiyasi və beynəlxalq əhəmiyyəti var”.
Bunu Bakıvaxtı.az-a açıqlamasında deputat Rizvan Nəbiyev deyib.
Deputatın sözlərinə görə, Azərbaycan Respublikası öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra artıq daha daha genişmiqyaslı tədbirlərin təşkil olunduğu bir məkana çevrilib:
“Bu, dövlətimizin artan nüfuzunun, möhkəmlənən beynəlxalq mövqelərinin nəticəsidir. Burada xüsusilə dövlət başçısının diplomatiyası önəmli rol oynayır. Prezident İlham Əliyevin strateji baxışları və ölkəmizin qlobal miqyasda narahatlıq doğuran, bütün bəşəriyyəti düşündürən məsələlərin məhz Bakıda müzakirəsi üçün şəraitin yaradılması və sahəvi qurumların cəlb olunması çox vacib məqamdır. Bu, onu göstərir ki, Azərbaycan təkcə milli səviyyədə bu problemlərin həlli ilə məşğul deyil, həm də qazandığı təcrübəni qlobal miqyasda təqdim etməyə, təcrübə mübadiləsinə açıqdır”.
Parlament üzvü vurğulayıb ki, beynəlxalq əhəmiyyətli tədbirlərin, xüsusən BMT çərçivəsində olan iki nəhəng tədbirin - COP29 və ondan qısa bir müddət sonra Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının Azərbaycanda keçirilməsi təkcə klassik diplomatiya baxımından yox, eyni zamanda ictimai və mədəni diplomatiya baxımından da çox vacib məqamları özündə ehtiva edir.

Rizvan Cəbiyev: Ölkəmizə beynəlxalq səviyyədə bir etimad var
Müsahibimiz qeyd edib ki, Forumun iştirakçıları çox geniş bir coğrafiyanı təmsil edirlər. BMT-nin 193 üzvündən 180-ni 40 mindən çox insan Forumda iştirak üçün qeydiyyatdan keçib. Dediyinə görə, bu məqam həm tədbirə, həm də bu mövzuların müzakirə olunduğu məkana - Azərbaycana marağı göstərir. Təbii ki, burada paytaxt Bakının da üstünlükləri var:
“Bizim şəhər infrastrukturu, arxitekturamız və şəhərsalma ilə bağlı ümumilikdə təqdim etdiklərimiz böyük maraq doğurur və diqqət çəkir. Bu, Azərbaycanın regional güc mərkəzi kimi öz üzərinə götürdüyü funksiyaların tam icrasınndan xəbər verir. Ölkəmizə beynəlxalq səviyyədə bir etimad var. Azərbaycan və onun rəhbərliyi bu tipli məsələlərin müzakirə olunduğu qlobal tədbirləri təşkil etmək gücündədir. Türk dünyasında ilk belə tədbirdir ki, Azərbaycanda təşkil olunub”.
Aydın Baxış
Bakı 




