• Bakı 26° C

    3.53 m/s

  • USD - 1.7

    EUR - 1.9685

    RUB - 2.3446

"Görüşəcəyimiz günü səbirsizliklə gözləyirəm" - Xoşqədəm Hidayətqızı

CƏMİYYƏT

17 Iyun 2026 | 13:23

Görüşəcəyimiz günü səbirsizliklə gözləyirəm - Xoşqədəm Hidayətqızı

"Sevgi… Hər kəs bu müqəddəs hissi öz dünyasına, ürəyinə görə anlayır. Kimi üçün bir xoş söz, bir xoş dua sevgidir, kimi üçün isə maraq və mənfəət. Amma mənim üçün sevgi Allahın hər kəsə nəsib etmədiyi ən qiymətli nemətlərdən biridir".

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Əməkdar jurnalist, tanınmış aparıcı Xoşqədəm Hidayətqızı sosial şəbəkə hesabında yazıb.

Gürcüstandan ona göndərilən bir videonu yayımlayan X.Hidayətqızı qeyd edib i, sevgi elə bir hissdir ki, onu nə pulla almaq olar, nə vəzifə ilə qazanmaq. O, yalnız saf qəlbdən doğur və Allahın lütfü ilə insana bəxş olunur:

"Bəziləri bu sevgiyə sahib olmaq üçün hər cür yol sınayır, sərvət xərcləyir, zəhmət çəkir, amma həqiqi sevgi bunların heç biri ilə əldə edilmir. İllərdir məni ayaqda saxlayan, mənə güc verən də məhz insanların – anaların, ataların, ağsaqqalların və ağbirçəklərin mənə bəslədiyi o təmənnasız sevgidir".

Aparıcı bildirib ki, hər gün yüzlərlə sevgi dolu mesaj alıram, getdiyim hər yerdə insanların səmimiyyəti və məhəbbəti ilə qarşılaşıram. Bundan böyük xoşbəxtlik ola bilərmi? Şükürlər olsun uca Allaha.

"Bu dəfə aldığım mesaj isə əziz Borçalı elindən gəldiyi üçün onu paylaşmağı özümə mənəvi borc bildim. Gürcüstandakı soydaşlarımızın və dostlarımızın mənə göstərdiyi sevgi hər zaman qəlbimdə xüsusi yer tutur. Onların yeri ürəyimin baş tacıdır. Sizi çox sevirəm. Əmin olun ki, bu sevgi qarşılıqlıdır. Hər birinizi böyük həsrətlə xatırlayır, görüşəcəyimiz günü səbirsizliklə gözləyirəm", - deyə Xoşqədəm Hidayətqızı qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Iyun 2026