• Bakı 26° C

    3.53 m/s

  • USD - 1.7

    EUR - 1.9685

    RUB - 2.3446

Nizami Rəmzinin qızı yenidən narkotikə qurşandı - VİDEO

CƏMİYYƏT

17 Iyun 2026 | 13:10

Nizami Rəmzinin qızı yenidən narkotikə qurşandı - VİDEO

“Bir zamanlar meyxananı televiziya ekranlarına çıxaran ilk insanlardan biri olan Nizami Rəmzinin qızı Reyhan bu gün narkomaniyanın növbəti qurbanlarından biridir".

Bakıvaxtı.az xəbər verir ki, bunu aparıcı Nail Kəmərli bildirib.

O qeyd edib: "2023-cü ildə onu müalicə üçün reabilitasiya mərkəzinə yerləşdirdik. Bir il ərzində böyük dəyişikliklər oldu. Sağlamlığı bərpa olunurdu, üzü gülürdü, həyata yenidən bağlanırdı. Hamımız inanırdıq ki, ən çətin günlər artıq geridə qalıb. Amma narkomaniya elə bir bəladır ki, insan bir anlıq boşluğa düşəndə yenidən onu öz girdabına çəkə bilir". pizza

N.Kəmərlinin sözlərinə görə, Reyhan yenidən narkotik istifadəsinə başlayıb:

“Sonra həbs olundu. Bu gün isə qarşılaşdığınız görüntülər onun yaşadığı ağır həyatın acı reallığıdır.

Yenə də ona əl uzatdıq, yenə müalicə olunmasını istədik, yenə xahiş etdik ki, bizimlə gəlsin, bu bataqlıqdan çıxsın. O isə bu dəfə də bizimlə gəlmədi…

Ən ağır hiss isə budur ki, bəzən insanı xilas etmək istəyənlər çox olur, amma xilas olmaq istəyi insanın özündə olmur.

Bu video təkcə Reyhanın hekayəsi deyil. Bu, narkotikin necə amansız şəkildə insanın həyatını, arzularını, gələcəyini məhv etdiyinin canlı sübutudur.

Ümid edirik ki, bir gün Reyhan da öz həyatını geri qaytarmaq üçün son bir şansın əlindən tutacaq. Çünki nəfəs aldığı müddətdə ümid ölmür".Yenisabah.az

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Iyun 2026