• Bakı 25° C

    1.97 m/s

  • USD - 1.7

    EUR - 1.9685

    RUB - 2.3446

Parisdə Azərbaycan–UNESCO mədəni əməkdaşlığı müzakirə olunur

CƏMİYYƏT

17 Iyun 2026 | 14:28

Parisdə Azərbaycan–UNESCO mədəni əməkdaşlığı müzakirə olunur

Adil Kərimli iyunun 16-da Parisdə UNESCO Baş direktorunun mədəniyyət məsələləri üzrə müavini Nayef H. Al-Fayez ilə görüş keçirib.

Bakıvaxtı.az-ın xəbərinə görə, görüş zamanı mədəni irsin qorunması, muzey işi, yaradıcı sənayelərin inkişafı, mədəni diplomatiya və mədəniyyət sahəsində beynəlxalq layihələr üzrə əməkdaşlıq imkanları müzakirə edilib. Həmçinin UNESCO-nun SECURE layihəsi çərçivəsində perspektiv əməkdaşlıq istiqamətləri və bu proqramın mədəni irsin mühafizəsində tətbiqi məsələləri diqqət mərkəzində olub.

Adil Kərimli Azərbaycanın mədəniyyət siyasətinin əsas prioritetləri, həyata keçirilən islahatlar və beynəlxalq tərəfdaşlıq təşəbbüsləri barədə qarşı tərəfə məlumat verib.

Tərəflər Azərbaycan ilə UNESCO arasında əməkdaşlığın daha da dərinləşdirilməsi, birgə layihələrin həyata keçirilməsi, peşəkar mübadilə proqramlarının genişləndirilməsi və innovativ beynəlxalq təşəbbüslərin təşviqi barədə fikir mübadiləsi aparıblar.

Görüşdə mədəniyyətin dayanıqlı inkişaf və beynəlxalq həmrəyliyin gücləndirilməsində rolu xüsusi vurğulanıb, əməkdaşlığın qarşılıqlı maraq doğuran istiqamətlər üzrə genişləndirilməsinin əhəmiyyəti qeyd olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Iyun 2026