q
  • Bakı 19° C

    5.88 m/s

  • USD - 1.7

    EUR - 1.98

    RUB - 2.318

BMT-nin baş katibi: "WUF13 məqsədlərimizə çatmaq üçün təkan ola bilər"

CƏMİYYƏT

18 May 2026 | 13:33

BMT-nin baş katibi: WUF13 məqsədlərimizə çatmaq üçün təkan ola bilər

"Ümumdünya Şəhərsalma Forumu qlobal böhranlar, bahalaşan ərzaq qiymətləri fonunda keçirilir".

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri BMT baş katibi Antonio Quterreş Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) rəsmi açılış mərasiminə ünvanladığı videomüraciətdə deyib.

O bildirib ki, təxminən üç milyard insan qeyri-adekvat yerlərdə yaşayır:

"İnkişaf edən dünyalar, iqtisadiyyatlar evsizlikdən sığortalanmayıb. Tələbəlik vaxtımda Lissabonun yoxsul məhəllələrinin birində könüllü işlədiyim vaxt yaşayış şəraitinin insanın sağlamlığına necə təsir etdiyini daha yaxşı anladım. Biz adekvat, təhlükəsiz və əlverişli mənzillərin təmin edilməsi yolu ilə qeyri-rəsmi yaşayış məntəqələri və gecəqonduların transformasiyası və sosial gərginliyi artıran bərabərsizliklərin aradan qaldırılması ilə mübarizə aparmalıyıq. Mənzil insan hüququdur və insan ləyaqətinin əsasını təşkil edir. Bu Ümumdünya Şəhərsalma Forumu bu məqsədi ortaq reallığa çevirmək üçün bir təkan ola bilər. Birlikdə dünyanı mənzillə təmin edə bilərik və heç kəsi kənarda qoymarıq".


SON XƏBƏRLƏR

17 May 2026