Səlahiyyət müddəti iyulun 11-də başa çatan 11-ci çağırış Moldova parlamenti son iclasında Avropaya inteqrasiyanın dönməz kursuna sadiqlik bəyannaməsini qəbul edib.
Bakıvaxtı.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkə parlamenti bəyanat yayıb.
"Parlament Avropaya inteqrasiyanın dönməz kursuna qəti sadiqliyini bir daha təsdiq edir və bütün siyasi qüvvələri, ictimai institutları və vətəndaş cəmiyyətini vətəndaşlar və gələcək nəsillər qarşısında həmrəylik və məsuliyyət ruhunda bu strateji məqsəd ətrafında birləşməyə çağırır. Avropa İttifaqına qoşulma milli və regional təhlükəsizliyə təhdidlər kontekstində Moldova Respublikasının azadlığını, sülhünü və davamlı inkişafını təmin etmək üçün yeganə səmərəli yoldur" - bəyanatda vurğulanıb.
Parlament ümid edir ki, 2025-ci ilin sonuna qədər Moldova Respublikasının Aİ-yə qoşulması prosesinin daha sürətlə irəliləməsi üçün fəsillər qrupları üzrə danışıqlara başlamaq üçün lazım olan şərtlər yerinə yetiriləcək.
Gülşən Şərif