• Bakı 25° C

    12.58 m/s

  • USD - 1.7

    EUR - 1.9814

    RUB - 2.0293

Minlərlə israilli Qəzzaya nəzarətə qarşı aksiyaya qoşulub

DÜNYA

10 Avqust 2025 | 09:28

Minlərlə israilli Qəzzaya nəzarətə qarşı aksiyaya qoşulub

İsrailin baş naziri Benyamin Netanyahunun Qəzza zolağı üzərində nəzarəti bərpa etmək qərarından sonra Təl-Əviv və ölkənin digər şəhərlərində kütləvi nümayişlər keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, İsrailin Qəzzanı ələ keçirmək üçün nəzərdə tutduğu əməliyyata başlamasından öncə minlərlə etirazçı şənbə gecəsi Təl-Əvivdə və ölkənin müxtəlif şəhərlərində toplaşaraq girovlarla bağlı razılıq əldə olunmasına və atəşkəsin elan edilməsinə çağırış edib.

Məlumata əsasən, girovların ailələri və yaxınları, hökumətin planının onlar üçün ölüm hökmü ilə nəticələnə biləcəyini bildirərək ümumi tətil çağırışı ediblər. Təl-Əvivdə azı 10 min insan toplaşıb, etirazlar ölkənin onlarla digər şəhərində də davam edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR