Rusiya işğalçıları növbəti dəfə Ukraynanın enerji infrastruktur obyektlərinə hücuma başlayıblar. Ukrayna bu cür hücumlara cavab verəcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
Dövlət başçısının sözlərinə görə, o, baş komandanlığın iclasını keçirib, ilk növbədə texnoloji məsələlər müzakirə olunub:
“Bu, hava hücumundan müdafiə sistemləri və onlar üçün raketlərin mövcudluğu, istehsal qrafiki və çatdırılma cədvəli ilə bağlıdır".