Radar sistemləri ilə bağlı kəşfiyyat məlumatları toplamaq üçün nəzərdə tutulmuş ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Moskva ilə gərginliyin artması fonunda Rusiya sərhədində dövrə vurub.
Bakıvaxtı.az xəbərə verir ki, bu barədə “Deyli Meyl” nəşri yazıb.
Uçuş məlumatları göstərir ki, “Boinq RC-135 Combat Sent” kəşfiyyat təyyarəsi çərşənbə axşamı səhər tezdən İngiltərədən havaya qalxıb, Baltikyanı ölkələr üzərində uçub və Böyük Britaniyaya qayıtmazdan əvvəl Rusiyanın Polşa ilə Litva arasında yerləşən Kalininqrad torpaqlarını bir neçə dəfə dövrə vurub.