İsrail hələ də Qəzzaya razılaşdırılmış humanitar yardımın həcminə icazə vermir və atəşkəs çox kövrəkdir.
Bakıvaxtı.az "Sozcu"yə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.
Qəzzaya xarici qüvvələrin göndərilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnaməsinin hazırlanması məsələsinə toxunan nazir bildirib ki, bölgədə atəşkəsin qorunması çox vacib olsa da, hazırda, çox kövrəkdir:
"Türkiyə ABŞ və regionun digər ölkələri ilə bu məsələni müzakirə etməyə davam edir. Biz bu qətnamə kontekstində bizi gözləyən imkanları və riskləri, səylərimizin nədən ibarət olması və harada müsbət töhfə verməli olduğumuzu müzakirə edirik. Bu məsələ ilə bağlı konsepsiyalarımızı təqdim etmişik, amerikalılar və digər tərəfdaşlarla müzakirə edirik. Hazırda fikir mübadiləsi aparılır. Biz öz mövqeyimizi Təhlükəsizlik Şurasının digər üzvlərinə çatdırırıq".
Onun sözlərinə görə, qətnamə təsdiq olunarsa, Qəzzanın yenidən qurulmasına imkan verəcək sülhün daha da möhkəmlənməsinə töhfə verəcək".
Gülşən Şərif
Bakı 



