• Bakı 11° C

    4.38 m/s

  • USD - 1.7

    EUR - 1.9811

    RUB - 2.2291

Rusiya su anbarını hədəf aldı

DÜNYA

07 Dekabr 2025 | 16:30

Rusiya su anbarını hədəf aldı

Rusiya Ordusu Xarkov vilayətində yerləşən Peçenej su anbarının bəndinə zərbə endirib, zədələnən bənd üzərindən avtomobillərin hərəkəti tamamilə dayandırılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Peçenej qəsəbə şurasının rəhbəri Aleksandr Qusarov “Telegram”-da paylaşım edib.

Qeyd edilib ki, bu gündən etibarən Peçenej bəndi üzərindən nəqliyyatın hərəkəti mümkün deyil.

Peçenej su anbarı Şimalı Dones çayı üzərində yerləşir və regionun əsas hidrotexniki obyektlərindən biri hesab olunur.

APA


SON XƏBƏRLƏR

07 Dekabr 2025