Rusiya Müsəlmanları Ruhani İdarəsinin və Müftilər Şurasının sədri Ravil Qaynutdin Ukraynanın “Mirotvorets” saytının məlumat bazasına daxil edilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Sayt 2014-cü ildə yaradılıb. Onun məqsədi Ukraynanın milli təhlükəsizliyini təhdid edən hər kəsin şəxsi məlumatlarını müəyyən etmək və dərc etməkdir. Son illərdə “Mirotvorets” Krıma, Donbasa səfər etmiş və ya başqa anti-Ukrayna addımlar atmış jurnalistləri, sənətçiləri və siyasətçiləri qara siyahıya salıb.
Bakı 



