• Bakı 11° C

    4.38 m/s

  • USD - 1.7

    EUR - 1.9811

    RUB - 2.2291

Afrika İttifaqı Benində dövlət çevrilişi cəhdini pisləyib

DÜNYA

07 Dekabr 2025 | 17:03

Afrika İttifaqı Benində dövlət çevrilişi cəhdini pisləyib

"Afrika İttifaqı Benində hərbi çevriliş cəhdini qətiyyətlə və birmənalı şəkildə pisləyir". 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Afrika İttifaqı Komissiyasının sədri Məhəmməd Əli Yusuf açıqlama verib.

"Siyasi proseslərə hər hansı formada hərbi müdaxilə ittifaqın fundamental prinsip və dəyərlərinin kobud şəkildə pozulması deməkdir", - o vurğulayıb. 

Yusuf Beninin qanuni hakimiyyətinə, o cümlədən prezident Patris Talona dəstəyini ifadə edib və çevriliş cəhdində iştirak edənləri bütün qanunsuz hərəkətləri dərhal dayandırmağa, Benin konstitusiyasına tam hörmət etməyə, dərhal kazarmalarına qayıtmağa və peşə vəzifələrini davam etdirməyə çağırıb.


SON XƏBƏRLƏR

07 Dekabr 2025